ABŞ qoşunlarının bir hissəsini Əfqanıstandan çıxara bilər
10:00 - 21 Dekabr 2018 - DÜNYA
ABŞ prezidenti Donald Trampın administrasiyası Əfqanıstanda olan ABŞ hərbi kontingentinin sayını əhəmiyyətli dərəcədə azaltmaq ehtimalını nəzərdən keçirir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "The Wall Street Journal" qəzeti yazıb.
Mənbələrin məlumatına görə, Amerika qoşunlarının bir hissəsinin Əfqanıstandan çıxarılması bir neçə həftə ərzində başlaya bilər.