Kreml: ABŞ-ın Türkiyəyə “Patriot” satışı “S-400”ün tədarükünə təsir etməyəcək

18:42 - 19 Dekabr 2018 - DÜNYA

ABŞ-ın Türkiyəyə “Patriot” satışını təsdiqləməsi “S-400”ün tədarükünə təsir etməyəcək.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bu  barədə Kremldən bildirilib. “S-400” zenit-raket kompleksinin Türkiyəyə satışı bütün hallarda başa çatacaq”, - Kremlin məsələ ilə bağlı yaydığı bəyanatda vurğulanıb.
Qeyd edək ki, dekabrın 19-da ABŞ Dövlət Departamenti ümumi dəyəri 3,5 milyard dollar olan müvafiq avadanlıqlı "Patriot" hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satılmasına razılıq verib.

Xatırladaq ki, “S-400” zenit-raket müdafiə sisteminin Türkiyədə quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanılacaq.

Xəbər xətti