Reynaldo rəsmən "Qarabağ"da: “Evimə gəldiyim üçün xoşbəxtəm"
10:18 - 19 Dekabr 2018 - İDMAN
“Qarabağ” sabiq futbolçusu Reynaldonu yenidən komandaya qayıdıb. Ucnoqta.az xəbər verir ki, 2013/2016-cı illərdə klubun şərəfini qorumuş futbolçu ilə 2,5 illik müqavilə imzalanıb.
Futbolçu fikirlərini klubun rəsmi saytına açıqlayıb:
“Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm. Səbrsizliklə “Qarabağ” formasıyla yenidən meydana çıxmağımı gözləyirəm. Bunun üçün də yaxşı formada olmağım üçün əlimdən gələni edəcəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, “Qarabağ” camiəsi mənim üçün çox doğmadır. Bura komandaya fayda verməyə və “Qarabağ”la yeni uğurlar qazanmağa gəlmişəm”.