Argentina millisinin futbolçusu Lionel Messi İspaniyanın “Barselona” komandasının heyətində 43-cü dəfə het-trik edib.
“Report” “Squawka Football”a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu La Liqanın XVI turundan səfərdə “Levante”ni 5:0 hesabı ilə məğlub etdikləri görüşdə 3 qola imza atıb. O, bu göstəriciyə görə yalnız hazırda İtaliya “Yuventus”nun formasını geyinən Kriştianu Ronaldudan geri qalır. Portuqaliyalı forvard bu yay tərk etdiyi İspaniya “Real Madrid”nin heyətində 44 dəfə het-trik edib.
Messi “Levante” ilə görüşdə 3 dəfə fərqlənmək daha iki rekordun müəllifinə çevrilib. O, 2018-ci ildə 50 qol vuran ilk futbolçu olub. “Barselona”nın kapitanı həm də bu il “Top-5” liqalarda “qol+ötürmə” sistemi ilə 20 xal yığan ilk oyunçudur.
Qeyd edək ki, Messi cari mövsümdə La Liqada keçirdiyi 14 oyunda 14 qol vurub və 10 məhsuldar ötürmə verib.