Misirin paytaxtı Qahirə şəhəri yaxınlığında yaşı 4 000 ildən çox olan məzar tapılıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Misirin qədim abidələr naziri Xalid əl-Ənnani təqdimat mərasimində məlumat verib. Onun sözlərinə görə, məzarda Misir fironlarının Beşinci sülaləsinə (təqribən e.ə. 2504-2347) aid bir hökmdarı uyuyur.
“Rəngli bəzəkləri, heykəlləri ilə 2018-ci ilin ən dəyərli və gözəl tapıntılarından olan bu məzar həm də indiyədək qarətçilərin əli dəymədiyi üçün böyük əhəmiyyət daşıyır”, - deyə nazir bildirib.
X.Ənnani məzarda elmi tədqiqatların aparılacağını qeyd edib.