Türkiyənin İstanbul şəhərində FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsində növbəti əməliyyat keçirilib.
Əməliyyat nəticəsində 219 hərbçi saxlanılıb. Saxlanılanlar arasında dörd polkovnikin də olduğu deyilir. Məlumata əsasən, bu hərbçilər FETÖ təşkilatı ilə sıx əlaqədə olub. Onların terror təşkilatının digər üzvlərinə hərbi hissələr barədə məlumatların ötürdüyü deyilir.trend