Qurbanovdan erməni təxribatı barədə: "Sadəcə qorxaqlar belə hərəkət edirlər"

08:19 - 14 Dekabr 2018 - İDMAN

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avroliqanın qrup mərhələsinin sonuncu turunda "Arsenal"la oyunun artırma dəqiqələrində baş vermiş insidentə münasibət bildirib. Ucnoqta.az klubun saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis azarkeşlərdən birinin meydana əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutaraq çıxması ilə bağlı deyib: "Bu haqda çox danışmaq istəmirəm, sadəcə qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar".

Xəbər xətti