İranda neft hasilatı 2016-cı ildən bəri ən aşağı səviyyəyə düşüb

19:26 - 13 Dekabr 2018 - DÜNYA

 Noyabr ayında İranda neft hasilatı sutkada 3,01 milyon barelə qədər azalaraq 2016-cı ilin yanvar ayından bəri ən aşağı səviyyəyə enib.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) dekabr ayı üzrə hesabatında deyilir. "İranın neft hasilatı sutkada 310 min barel azalaraq sutkalıq 3,01 milyon barel səviyyəsinə enib. Çünki İranın müştəriləri ABŞ sanksiyaları ilə əlaqədar satınalmaları azaldıblar. Hasilat 2016-cı ilin yanvarından bəri ən aşağı həddə düşüb. İllik hesablamalara görə isə hasilat sutkada 840 min barel azalıb", - hesabatda göstərilib.

BEA həmçinin qeyd edir ki, İranın neft ixracatı aylıq göstəricidə sutkada 550 min barel azalaraq sutkada 1,28 milyon barelə düşüb. ABŞ-ın İrana qarşı sanksiyalarının başlanmasından bəri İslam Respublikasında hasilat gündəlik 1,4 milyon barel azalıb.report

Xəbər xətti