Bu gün Türkiyə Mərkəzi Bankının Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
"Report" quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsinin indiki - 24% səviyyəsində saxlanılmasına qərar verilib.
Bununla da, iqtisadçıların gözləntiləri özünü doğruldur.
Xatırladaq ki, TMB-nin bu il sentyabrın 13-də keçirilmiş iclasında 6,25 faiz bəndi artırılaraq 17,75%-dən 24%-ə çatdırılıb.