"Arsenal"ın baş məşqçisi : “Qarabağ"a hörmətlə yanaşırıq"

20:49 - 12 Dekabr 2018 - İDMAN

“Biz sabah “Qarabağ”la oynayacağımız matçda qələbə qazanacağımıza inanırıq”. 

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda evdə qarşılaşacaqları "Qarabağ"la matçdan öncə mətbuat konfransında deyib. 
48 yaşlı mütəxəssis sözügedən qarşılaşmada gənclərə də şans verəcəyini vurğulayıb: “Biz özlərinə əminlik və üzərlərində məsuliyyət hiss edən futbolçulara şans verəcəyik. Ancaq o, şərtlə ki onlar güclü performans göstərsinlər. Bizim ilkin məqsədimiz qrupun qalibi olmaq idi, buna da nail olduq. Lakin biz "Qarabağ"a hörmətlə yanaşırıq. Biz bir sıra fərqli oyunçulara, o cümlədən 23 yaşadək futbolçularla meydana çıxacağıq. Eyni zamanda onların arasında Loran Koselni də olacaq. Onun fiziki formasını görmədən müdafiəçinin bazar günü "Sautgempton"la Premyer Liqa matçını oynayacağına qərar verməyəcəyik".

Emeri Mesut Özilin kürəyindəki zədəni hələ də bərpa edə bilməməsini kompüter oyunu ilə əlaqədar olduğuna dair iddialara belə reaksiya verib. "Bu barədə heç nə bilmirəm. Sabah o, 18 nəfərlik heyətdə yer alacaq. Özilin ilk "11-lik"də, yoxsa sonra meydana daxil olacağına qərar verəcəyik". 

Qeyd edək ki, matç dekabrın 13-ü Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan oyun “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti