O həmçinin dəfələrlə müxtəlif ölkələrdə həbsxanaya düşüb
Dünən axşam Fransanın Strasburq şəhərində keçirilən Milad yarmarkasında atışma törədən şəxs Fransa, Almaniya və İsveçrədə törətdiyi cinayətlərə görə 27 dəfə məhkum edilib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Paris prokuroru Remi Eytz bildirib.
"Onun uzun illərdir qanunlara riayət etməklə bağlı problemi var. 27 dəfə məhkum olunub. Fransa, Almaniya və İsveçrədə törətdiyi müxtəlif cinayətlərə görə dəfələrlə həbs edilib", - prokuror qeyd edib.