Ukraynanın “Naftoqaz” milli nef-qaz şirkəti Stokholm Arbitraj Məhkəməsinin qərarına uyğun olaraq, 2,6 milyard ABŞ dollarının müsadirəsi üçün Rusiyanın “Qazprom” dövlət şirkətini ABŞ məhkəməsinə verib.
“Report” “Kommersant”a istinadən xəbər verir ki, Ukrayna şirkəti Texasda qeydiyyatdan keçmiş “Gazprom Marketing&Trading” (“Qazprom”un ABŞ-dakı müəsisəsi) şirkətini və neft-qaz yataqlarının auditoru olan “DeGolyer & McNaughton” məsləhətçi şirkətini Niderlandda “Qazprom” şirkətinə qarşı məhkəmə prosesində lazım olan sənədləri öyrənmək üçün şərait yaratmaları tələbi ilə həmin ştatın Şimali və Cənubi Dairə məhkəmələrinə verib.
“Qazprom” bu məsələni şərh etməyib.
Bu il yayın əvvəlindən “Naftoqaz” sözügedən vəsaiti “Qazprom”dan almaq üçün İsveçrə, Böyük Britaniya, hazırda da Niderland məhkəmələrində dava açır.