ABŞ-ın nüfuzlu “Time” junalı qətlə yetirilən jurnalist Camal Qaşıqçını "İlin adamı" elan edib.
Bu barədə dərginin baş redaktoru Eduard Fersental məlumat verib.O, yazısında ilk dəfədir dünyasını dəyişən şəxsi belə fəxri ada layiq gördüklərini vurğulayıb. Əslində, “Time” amansızlıqla öldürülən müxalif jurnalistin timsalında bütövlüklə qələm əhlinin, bu çətin peşənin daşıyıcılarının əməyinə yüksək qiymət verməyi qarşıya məqsəd qoyub.
Həmin ada namizədlərin hə lə ötən gün elan edilən qısa siyahısına həmçinin ABŞ və Rusiya prezidentləri - Donald Trampla Vladimir Putin, hersoqinya Meqan Markl da daxil ediliblər.
Xatırladaq ki, “The Washington Post”un əməkdaşı olmuş Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında qətlə yetirilmişdi, onun meyiti hələ də tapılmayıb.report