Türkiyənin Rize şəhər Polis idarəsinin rəisi Altuğ Verdi polis məmurunun açdığı atəş nəticəsində ölüb.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, polis məmurunun açdığı atəş nəticəsində rəisin iki cangüdəni də yaralanıb.
Nazir deyib ki, polis əməkdaşlarından faktla bağlı ifadə alınır. Hadisənin başvermə səbəbi araşdırılır.
Hadisəni törətməkdə şübhəli bilinən polis əməkdaşı tutulub.