“İstanbuldakı Gəzi parkı hadisələrində insan haqlarından danışıb onu müdafiə edənlər, Fransada, Hollandiyadakı etiraz aksiyaları zamanı baş verənlərə münasibətdə lal, kar, kor oldular”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının mərkəzi qərargahında 10 dekabr - Ümumdünya İnsan Hüquqları Günü münasibətilə keçirilən “İnsanlığın mədəniyyəti” və “İnsanlığa ümid: Türkiyə” adlı tədbirdə bildirib.
“Gəzi hadisələrində dünyanı ayağa qaldırırdınız. İndi də eyni işi görün. Etmədilər, hadisələri yayımlamadılar. Çünki səmimi və dürüst deyillər", - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
O qeyd edib ki, Türkiyənin demokratiyasına, azadlığına ağız büzənlər bu gün özləri imtahanla üz-üzədir: “Artıq Türkiyəyə kimsə demokratiya dərsi keçə bilməz. Avropaya deyiləcək söz odur ki, mədəniyyət maskası altında gizlətdiyiniz iç üzünüz artıq aşkara çıxıb. Atalar yaxşı deyib: “Bal iylənməz, yağ iylənər, onun da əsli ayrandır”. report