“Futbolu bilən yeganə insan Qurbanov idi, o da ...” - Kamran Ağayev

21:37 - 9 Dekabr 2018 - İDMAN

“Nə barədə danışım? Qurban Qurbanovun istefa verməyindən? Siz elə bilrisiniz ki, Qurban Qurbanovun istefa verməyinə sevinirəm?”

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri milli komandamızın və “Keşlə”nin qapıçısı Kamran Ağayev deyib. 32 yaşlı qolkiper milli komandamızın baş məşqçisi Qurban Qurbanovun postundan getməsinə münasibət bildirib:
 “Çoxları elə bilir ki, mənim Qurban Qurbanovla aramda problem var. Amma bu, belə deyil. Onunla münasibətim indi də yaxşıdır, necə ki, siz qələm əhliylə də eləyəm. O, futbolda mənə ilk güvənənlərdən olub, kapitanlıq bazubəndini verib. Qurban Qurbanovun sayəsində ikinci dəfə karyeramı bərpa etmişəm. Futbolu bilən yeganə insan Qurbanov idi, o da getdi”.

Qeyd edək ki, Kamran Ağayev yığmamızın Farer adaları ilə oyununda zədə alıb və Kosovo səfərinə öz istəyi ilə yollanmayıb. Təcrübəli qolkiper bu hərəkətinə görə tənqidlərə məruz qalıb.

 

 

 

Xəbər xətti