Fransa ABŞ prezidentini ölkənin daxili işlərinə qarışmamağa çağırıb
Fransa ABŞ prezidenti Donald Trampı ölkənin daxili siyasətinə qarışmamağa çağırıb. Bunu ölkənin xarici işlər naziri Jan-İv Le Drian Trampın Fransada keçirilən etiraz aksiyaları ilə bağlı tvitinə cavab verərkən deyib.
"Bizim ABŞ-ın daxili siyasəti ilə işimiz yoxdur və bunun qarşılıqlı olmasını istəyirik. Mən bunu Donald Trampa deyirəm, eyni şeyi Fransa prezidenti də deyir: bizim xalqı rahat buraxın", - deyə Le Drian bildirib.report