Yaponiyada zəlzələ olub
09:14 - 8 Dekabr 2018 - DÜNYA
Yaponiyanın şimal-şərqdində 5,1 bal gücündə zəlzələ baş verib.
Trend-in KİV-lərə istinadən verdiyi məlumata görə, zəlzələnin episentri Fukusima prefekturasında olub, ocaq 40 kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində xəsarət alanlar, dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.