Neft bahalaşıb
20:31 - 7 Dekabr 2018 - İQTİSADİYYAT
OPEC ölkələrinin neft hasilatını azaltmaqla bağlı razılığa gəlməsi xəbərlərindən sonra dünya bazarında neftin qiymətində 4%-dən çox artım qeydə alınıb.
“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 18:07-yə olan məlumata görə, "Brent" markalı Şimal dəniz neft qatışığının fevral fyuçerslərinin qiyməti 4,90% artaraq 63 dollar/barel olub.
WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti isə bir barelə görə 4,58% artaraq 53,85 dollar təşkil edib.