Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putindən üzr istəyib.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, Belarus rəhbəri Putinlə ölkəsinə qaz nəqlinin qiyməti ilə bağlı mübahisə zamanı düzgün davranmadığını deyib:
“Yaxşı formada çıxış etmədim. Daha sonra bugünkü görüşün ev sahibindən üzr istəməli oldum. İzahat çox təlatümlü alındı, ancaq yaxşısı budur, siz bunu eşitməyin”.
Qeyd edək ki, Peterburqda MDB dövlət başçılarının görüşü zamanı Lukaşenko Rusiyanın özündə qaz tarifinin 3 dəfə ucuz olduğunu əsas gətirərək Belarusa nəql edilən qazın qiymətinin azaldılmasını tələb etmişdi. Putin isə Belarusa nəql edilən qazın min kub metrinin gələn il 127 dollar olacağını (hazırkı tarifdən 2 dollar az), Almaniya üçün isə bu tarifin 250 dollar təşkil etdiyini bildirib.