Fransa Liqasının 16-cı turunda keçirilən "Bordo" - "Sent-Etyenn" görüşündə VAR sistemindən fərqli şəkildə istifadə olunub.
Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, qarşılaşmanın 75-ci dəqiqəsində "Bordo"nun seneqaləsilli fransalı oyunçusu Yunus Sankareya baş hakim Klement Turpin birbaşa qırmızı vərəqə göstərib. Meydanı tərk edərək paltardəyişmə otağına yollanan 29 yaşlı yarımmüdafiəçi daha sonra geri çağırılıb. K.Turpin epizodun videotəkrarına baxdıqdan sonra qırmızı vərəqəni ləğv edərək sarı vərəqə ilə dəyişdirib.
Qeyd edək ki, "Bordo" - "Sent-Etyenn" görüşü meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.