Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2018-ci ilin noyabrın 1-nə 23 mlrd. 590,7 mln. manat, təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 mlrd. 141,1 mln. manat və ya 9,98% çoxdur.
Azərbaycan Mərkəzi Bankından (AMB) “Report”a verilən məlumata görə, eyni zamanda 2018-ci ilin sentyabr ayı ilə müqayisədə oktyabrda geniş mənada pul kütləsi 444,3 mln. manat və ya 1,9% artıb.
Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2 mlrd. 449,2 mln. manat və ya 21,2% artaraq 2018-ci il noyabrın 1-nə 13 995,9 mln. təşkil edib.
Hesabata əsasən dövriyyədə olan nağd pul kütləsinin həcmi 2019-cu il noyabrın 1-nə 7 mlrd. 758,5 mln. manat təşkil edib. Bu isə illik müqayisədə 84,1 mln. manat və ya 1,1% çoxdur.
Qeyd edək ki, dövriyyədə olan nağd pulların Azərbaycanda maksimal həddi 2014-cü ilin iyul ayında 11 mlrd. 144,4 mln. manat həcmində olub.