Dünya Bankının Rusiya iqtisadiyyatı ilə bağlı açıqladığı hesabata əsasən, bu ölkənin vətəndaşlarının banklara olan borcu rekord həddə çatıb.
“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Sənədi hazırlayan ekspertlər bildirib ki, sözügedən göstərici 2014-cü ilin sonunda qeydə alınmış maksimum həddi də üstələyib.
Maraqlıdır ki, son 10 ildə rusların kredit borclarının strukturu kəskin dəyişib. Qonşu ölkənin vətəndaşları banklara olan borclarında rublun payını 99,3%-ə çatdırıblar. Bundan başqa, bank kreditlərində ipoteka kreditlərinin payı yüksələrək 42,5%-ə çatıb.