“Əşyaların İnterneti” (İOT) texnologiyaları müxtəlif cihazlar arasında məlumat paylaşımının yeni səviyyəsi kimi şəbəkələr vasitəsilə kommunikasiya üçün geniş imkanlar açaraq daha sıx əlaqəli dünya qurmağa kömək edir. İOT unikal identifikatorlarla təchiz olunmuş və insan-insan və ya insan-kompüter əlaqəsi tələb olunmadan məlumatı şəbəkə vasitəsilə ötürmək qabiliyyətinə malik bir-biri ilə qaşılıqlı əlaqəli hesablama cihazları, mexaniki və rəqəmsal maşınlar sistemidir. Azərbaycanın ən müasir mobil kommunikasiya xidmətləri təchizatçısı olan Azercell Telekom özünün insanları yüksək texnologiyalar vasitəsilə birləşdirmək məqsədinə sadiq qalaraq 24-cü BakuTel sərgisində müxtəlif yüksək texnoloji həllər nümayiş etdirəcək. Bu dəfə də Azercell 4-7 dekabr 2018-ci il tarixlərində keçiriləcək sərginin əsas iştirakçılarından biri olmaqla bərabər, bu əhəmiyyətli texnoloji tədbirin əsas sponsoru kimi çıxış edir.
Avtomatlaşdırılmış Həllər
YuMi (You and Me, “Sən və Mən”) – universal robot-həmkar bu il Azercell stendində qonaqları salamlayacaq. Müştərək fəaliyyətə hazır, iki qollu, kiçik hissələrdən ibarət və hərəkətli əllər, kamera ilə hissənin yerini müəyyən etmə və ən müasir nəzarət funksiyası ilə təchiz olunmuş robot insanlar ilə çiyin-çiyinə eyni iş üzərində çalışa bilir. İnnovativ, insan üçün rahat və inqilabi funksionallıqla fərqlənən robot sənayedə geniş qlobal avtomatika potensialını üzə çıxarmaq məqsədilə hazırlanmışdır.
Smart aqrar xidməti
Smart aqrar xidmətləri, SIM-kartı olan xüsusi IoT (Əşyaların İnterneti) cihazından istifadə etməklə hava və torpağın xüsusiyyətlərini ölçmək üçün sahə sensorlarının quraşdırılması yolu ilə məhsuldarlığı artırmaq üçün nəzərdə tutulmuşdur. Fermerlər bu texnologiyanın köməyi ilə havanın temperaturu və havadakı rütubətlilik barədə real vaxt rejimində məlumatlar, eləcə də, torpağın parametrlərini və suvarma ilə bağlı tövsiyələr əldə edə bilərlər.
Azercell Smart Home (Ağıllı Ev) adlı yeni innovativ xidmət sizin evinizi daha funksional, daha rahat və təhlükəsiz edəcək. Bu xidmət sizə istənilən yerdən bir tətbiqetmə vasitəsilə işıqlandırma, cərəyana qoşulma, temperatur və otaqdakı hərəkətlərə tam nəzarət imkanı verir.
Gündəlik həyatınızı asanlaşdırın
Sizin eviniz sizin şəxsi, daha çox zövq almaq və özünüzü rahat hiss etmək istədiyiniz məkandır. Artıq evinizi sizin istəklərinizi anlayan bir məkana çevirə bilərsiniz. Azercell Smart Home ilə siz asanlıqla və cəld şəkildə işığın intensivliyini, otağın temperaturunu və evinizdəki kiçik cihazların funksiyalarını öz istəklərinizə uyğun idarə edə və beləliklə, rahatlıqdan zövq ala bilərsiniz.
Təhlükəsiz evdə yaşayın
Sizin eviniz elə bir məkandır ki, orada siz özünüzü dünyanın istənilən yerindən daha təhlükəsiz hiss etmək istəyirsiniz. Evə kameralar, sensorlar də digər xırda aksessuarlar yerləşdirin və evinizdəki hərəkətlər barədə anında məlumat alın. Artıq siz öz evinizi davamlı şəkildə izləyə, tam nəzarət edə və xoşagəlməz hallardan uzaq ola bilərsiniz. Bunun sayəsində özünüz və sevdikləriniz üçün daha təhlükəsiz şərait yarada bilərsiz.
Evinizdə ideal şəraitdən zövq alın
Sizin eviniz tam nəzarətinizdə olan bir məkan olmalıdır. Artıq ağıllı cihazların köməyilə siz evinizdə sərf olunan enerjiyə məsafədən nəzarət edə və onu düzgün şəkildə idarə edə bilərsiniz. Siz real ehtiyaclarınıza uyğun enerji sərf edəcək və beləlik də ona qənaət edəcəksiniz.
Azercell Eksklüziv
Azercell stendinin pərakəndə satış bölməsi ən son innovasiyaları sınaqdan keçirmək üçün ən uyğun yerdir. Bu guşədə həmçinin, Azercell Plus xidmətləri çərçivəsində Zvooq, Bookmate, Bookmate Audio tətbiqetmələri də nümayiş olunacaq.
Korporativ seqment
Azercell-in korporativ müştəriləri də yeni təkliflərdən məmnun qalacaq. Məsələn, “Şirkətim” paketi yeni qoşulmuş korporativ seqment müştərilərinə aylıq 1000 ölkədaxili danışıq dəqiqələri və 3GB mobil internet təqdim edir.
Sahibkarlığa dəstək
Azercell innovativ layihələrin inkubasiyasının əsas yaradıcısı kimi Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi üçün sərgi zamanı xüsusi bölmə ayıracaq. Barama tərəfindən dəstəklənən startaplar burada informasiya texnologiyalarına əsaslanan müxtəlif biznes həllər nümayiş etdirəcək.
Texnologiya ilə Əyləncə
Yüksək texnologiyalar Azercell-in bütün stendində, o cümlədən Şirkətin ənənəvi əyləncə guşəsində özünü göstərəcək. Azercell bir neçə gün ərzində bütün qonaqları texnologiyaya əsaslanan müsabiqələrdə iştirak etməyə və mobil operatordan xüsusi hədiyyə qazanmağa dəvət edir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz