Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” hücum təyyarəsi qəzaya uğrayıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Ovannisyan “Facebook” səhifəsində yazıb. Gümrü şəhərindəki aeroportdan havaya qalxandan sonra radarlardan itən döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində 2 pilot ölüb. Bunlar polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyandır.
Təyyarənin qalıqları Ermənistanın şimal-qərbində yerləşən Şirak vilayətinin Maralik şəhəri yaxınlığındakı dağlıq ərazidən tapılıb.
***
Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” hücum təyyarəsi havaya qalxandan sonra radarlardan itib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilir ki, təyyarə Gümrü şəhərindəki aeroportdan saat 10:06-da havaya qalxıb. Saat təxminən 10:20-də onunla əlaqə itib.
Hazırda əməliyyat-axtarış tədbirləri əyata keçirilir.oxu.az