Şəkidə evdən ər və arvadın meyiti tapılıb

15:44 - 3 Dekabr 2018 - Xəbər

Şəki rayonunda evdən yaşlı ər-arvadın meyiti tapılıb. 

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şəki şəhəri, Salman Müntaz küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb. Belə ki, 1937-ci il təvəllüdlü Bahadır Zalovun və onun həyat yoldaşı 1955-ci il təvəllüdlü Elmira Əhmədiyyə qızı Zalovanın üzərində zorakılıq əlamətləri olmayan meyitləri yaşadığı ünvanda tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti