Qadının saçının qırxılması Azərbaycanda baş verməyib- Açıqlama

21:48 - 2 Dekabr 2018 - Xəbər

“Dünən sosial səbəkələri ayağa qaldıran hadisə Azərbaycan ərazisində baş verməyib”.

Ucnoqta.az xəbər verir ki, bu barədə Modern.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova xəyanət etdiyi üçün saçı qırxılan qadının videosundan danışarkən deyib:
“Videodan danışan qayınana qızın yaxın qohumudur.  Ər azərbaycanlı olsa da, Rusiya vətəndaşıdır. Hadisə 3 ay bundan əvvəl olub. Videonun yayılmasında ər və yaxın qohumlar iştirak etməyib".

​M.Zeynalova videonun digər şəxlər tərəfindən yayıldığını bildirərək, əlavə şərh vermək istəməyib.

Xəbər xətti