Ermənistan Rusiyadan "Su-30SM" qırıcıları alır

15:13 - 1 Dekabr 2018 - Xəbər

"Ermənistan Rusiyadan "Su-30SM" qırıcı təyyarələri alacaq".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə nazirinin vəzifəsini icra edən David Tonoyan bildirib. Onun sözlərinə görə, bununla bağlı Yerevanla Moskva arasında müqavilənin imzalanmasına hazırlıq bitmək üzrədir.
​D.Tonayan deyib ki, silah alınması üçün Rusiyanın Ermənistana verdiyi 100 mln. dollar məbləğində kreditlə bağlı sazişin həyata keçirilməsi üzrə prosedurlar da başa çatmaq üzrədir.

Xəbər xətti