Braziliyada təyyarə evin üstünə düşdü, ölənlər var - VİDEO

10:18 - 1 Dekabr 2018 - Xəbər

Braziliyanın San-Paulu şəhərində yüngül motorlu Cessna 210N təyyarəsi ikimərtəbəli yaşayış evinin üstünə düşüb.

Bu barədə məlumat yerli yanğınsöndürmə xidmətinin Twitter səhifəsində yerləşdirilib. Hadisə nəticəsində iki nəfər ölüb, daha 12 nəfər isə yaralanıb. Aviaqəzadan sonra baş verən yanğın zamanı yaşayış evinin yaxınlığındakı iki avtomobil yanıb. Qəzanın səbəbləri hələlik məlum deyil.

​Qeyd edilir ki, təyyarə Kampu-di-Marti aeroportundan havaya qalxmışdı.oxu.az

Xəbər xətti