Bakıda gənc oğlan itkin düşüb

23:05 - 30 Noyabr 2018 - Xəbər

Bakıda gənc oğlan itkin düşüb. Hadisə paytaxtın Xətai rayonunda baş verib. Rayonun Qaçaq Nəbi küçəsi, ev 5, mənzil 75-də yaşayan Məmmədov Bəxtiyar Qurban oğlu polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan oğlu, 1999-cu il təvəllüdlü Məmmədov İlkin Bəxtiyar oğlu evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.trend

Xəbər xətti