Səbuhi Məmmədov baş nazirin müavini təyin edildi

21:03 - 30 Noyabr 2018 - Xəbər

Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini - maliyyə naziri təyin edilib. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 30-da Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini - maliyyə naziri təyin edilməsi ilə bağlı fərman imzalayıb.

Qeyd edək ki, S.Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsində çalışırdı.

​Bu fərmandan sonra isə həm də Baş nazirin müavini vəzifəsini icra edəcək.

Xəbər xətti