Beş yaşlı çeçen uşaq Ginnesin Rekordlar kitabına düşdü - Video

21:41 - 30 Noyabr 2018 - Xəbər

Xəbər verdiyimiz kimi, bir ay öncə Çeçenistanda yaşayan beş yaşlı Rəhim Kuriyev fasiləsiz olaraq 2 saat 26 dəqiqəyə 4105 jim vurmuş, amma Ginnesin Rekordlar Kitabı bunu rəsmi olaraq qeydə almamışdı.

​Oxu.Az-ın “Yeni Şafak” nəşrinə istinadən məlumatına görə, Rəhim 2,5 saata 3202 jim edərək, Ginnesin Rekordlar Kitabına adını yazdırmağı bacarıb. Qeyd edək ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov Rəhim Kuriyevə bahalı avtomobil bağışlamışdı.

Xəbər xətti