Sabirabadda evdən 5700 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

16:10 - 30 Noyabr 2018 - Xəbər

Sabirabadda evdən 5700 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

DİN-dən verilən məlumata görə, Sabirabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də Həsənalı kəndindəki evlərin birindən 5700 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu Vasif Quliyev saxlanılıb.

Xəbər xətti