"Bas Dost mənə penalti olmadığını dedi" - Jezniçak

10:51 - 30 Noyabr 2018 - İDMAN

"Bütün komanda özünü pis hiss edir. Bu gün bizim günümüz deyildi. Rəqib yaxşı oynadı və oyunu istədiyi kimi idarə edib 6 qol vurdu. Bu məğlubiyyəti qəbul etmək bizim üçün çox çətindir. Amma bunu unudub, növbəti oyunları düşünməliyik".

Ucnoqta.az Qol.az-a istinadən xəbər veiri ki, bu sözləri "Qarabağ"ın futbolçusu Yakub Jezniçak Avropa Liqasının 5-ci  turunda Bakıda "Sportinq"inə 1:6 hesabı ilə uduzduqları oyundan sonra keçirdiyi brifinqdə deyib.
Polşalı müdafiəçi 5-ci dəqiqədə səbəbkarı olduğu penalti epizodu barədə danışıb: "Həmin anda mən Bas Dosta azca toxundum. Penalti epizodundan sonra onunla danışdım. O, mənə toxunuşun olduğunu, amma bunun penalti olmadığını söylədi. Baş hakim isə 11 metrlik nöqtəni göstərdi və hesab erkən açıldı. "Sportinq" oyuna çox sürətli başladı. Onlar bu gün çox yaxşı oyun göstərdilər".

Xəbər xətti