Kanada Səudiyyə Ərəbistanının 17 təbəəsinə sanksiya tətbiq edib

23:10 - 29 Noyabr 2018 - DÜNYA

Kanada hökuməti jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı şübhəli sayılan Səudiyyə Ərəbistanının 17 təbəəsinə qarşı sanksiya tətbiq edib.

​Bu barədə “Report” Kanada XİN-in saytına istinadən xəbər verir. Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı C.Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.

Xəbər xətti