Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən Azər Qədirovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmədə elan olunub ki, zərərçəkmiş Aidə Qədirova A.Qədirovla barışıb.
Hökmə əsasən, A.Qədirovun ittiham olunduğu Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunub.
Məhkəmənin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, A.Qədirov münaqişə zəminində həyat yoldaşı Aidə Qədirovanı boynundan bıçaqlayıb.
Daha sonra evdə olan onların qızı təcili tibbi yardım əməkdaşları çağırıb. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan A.Qədirova qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmədə elan olunmuş ittiham üzrə A.Qədirov özünü təqsirli bilmədiyini deyib.
O, ifadəsində hadisə zamanı arvadını bilmədən bıçaqladığını söyləyib.
Xatırladaq ki, A.Qədirov Azərbaycan Dovlət Pedagoji İnstitutunu bitirib və fizika-riyaziyyat elmləri namizədidi, dosentdir. O, AMEA Geologiya və Geofizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. report