Tərtərdə yanacaqdoldurma məntəqəsində partlayış: yaralılar var

12:20 - 29 Noyabr 2018 - Xəbər

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti