““Qarabağ”a qol vurmaq yolunu tapa bilmirdik
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının (ÇL) qrup mərhələsində “Qarabağ”la ötənilki matçları unuda bilmir. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 48 yaşlı argentinalı mütəxəssis budəfəki turnirdə “Monako”ya evdə 2:0 hesabıyla qalib gəldikləri qrup matçından sonra Azərbaycan təmsilçiylə matçları da xatırlayıb: ““Qarabağ”la oyunlarda qol vurmağın yolunu necə tapmalı olduğumuzu bilmirdik. Belə turnirlərdə bu məsələni həll etməsəniz, hər şey çox çətin olacaq. Bugünə qədər ÇL-də hər şeyi çox yaxşı etmişik və 1/8 finala vəsiqə qazanmışıq”.
Qeyd edək ki, "Atletiko” Qurban Qurbanovun komandasını məğlub edə bilməyib – 0:0, 1:1. İndisə Madrid təmsilçisi 12 xalla qrupda liderdi və 1/8 finala vəsiqəni artıq təmin edib.