Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın görkəmli rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovu 90 illik yubileyi münasibətilə təbrik edib.
Təbrik mətni Kremlin saytında dərc edilib. Rusiya Prezidenti rəssama cansağlığı, rifah və hər şeyin ən yaxşısını arzulayıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev xalq rəssamı Tahir Salahovu yubileyi münasibətilə təbrik edib.report