Cəlilabad polisi narkotik satan şəxsi saxlayıb

11:55 - 29 Noyabr 2018 - Xəbər

Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər 13 qrama yaxın heroini könüllü olaraq polis əmakdaşlarına təqdim edib. 

​DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, aparılan araşdırmalarla həmin narkotik vasitəni satan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. 

​Keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir Mirzəyev Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

​Araşdırma aparılır.

Xəbər xətti