Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilmiş "exit-poll"un nəticələri açıqlanıb.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, “Rustavi 2” televiziya kanalının sifarişi ilə “Edison Research” təşkilatının keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 55%, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 45% səs toplayıb. Həmçinin “Gallup International” təşkilatının keçirdiyi “exit-poll”un nəticələri də açıqlanıb: S.Zurabişvili 58%, Q.Vaşadze isə 42% səs qazanıb.
Təşkilat “exit-poll”u “İmedi” televiziya kanalının sifarişi əsasında həyata keçirib.