Rusiyanın "Vitse-admiral Zaxaryin" mina tral gəmisi Qara dənizdən Azov dənizinə yola çıxıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Agentlik qeyd edir ki, sularından Rusiya və Ukraynanın istifadə etdiyi Azov dənizi Kerç boğazındakı hadisədən sonra gərginlik zonasına çevrilib.