Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər və Kerç boğazında baş vermiş insidentlə bağlı fikir mübadiləsi aparıblar.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən məlumat verir.
Söhbət zamanı dövlət başçıları İdlibdəki vəziyyətin sabitləşməsi üçün səylərin artırılmasına dair razılığa gəliblər.
"Suriyadakı vəziyyətin müzakirəsi davam etdirilib. Sentyabrın 17-də Soçidə imzalanmış İdlibdəki vəziyyətin sabitləşməsi haqqında memorandumun həyata keçirilməsi üzrə birgə səylərin, eləcə də terror qruplaşmaları ilə mübarizə tədbirlərinin artırılması razılaşdırılıb", - Kremlin Mətbuat xidmətindən bildiriblər.
Bundan əlavə, söhbət zamanı noyabrın 19-da İstanbulda iki ölkə liderlərinin görüşünün nəticələri nəzərə alınmaqla Rusiya-Türkiyə əməkdaşlığının bəzi aspektlərinə toxunulub.