Gürcüstanda prezident seçkilərinin ikinci turu başladı
10:30 - 28 Noyabr 2018 - DÜNYA
Gürcüstanda prezident seçkilərinin ikinci turu başlayıb. Trend-in məlumatına görə, məntəqələr yerli vaxtla saat 8-də açılıb. Seçkilərin bu turunda iki namizəd prezident kürsüsü uğrunda mübarizə aparır.
Vətəndaşlar ölkə daxilində olmaqla yanaşı, 39 ölkədə yaradılmış seçki məntəqələrində də səsvermədə iştirak edəcəklər.
Ümumilikdə 3 min 703 seçki məntəqəsi fəaliyyət göstərir.
Gürcüstanda 18 yaşdan yuxarı 3 milyon 528 min 658 vətəndaş səsvermə hüququna malikdir.