“Qarabağ”a qarşı ilk “11-lik”də
Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Sportinq” bu gün ölkəmizə təşrif buyuracaq. Matç.az saytının Portuqaliya mətbuatına istinadən məlumatına görə, yeni baş məşqçi Marsel Keyzer ideal heyətini formalaşdırma prosesinə başlayıb.
Portuqaliya kubokunun 1/16 final mərhələsində “Lusitano” ilə qarşılaşmada bir futbolçu çalışdırıcının diqqətini çəkib. Belə ki, sol cinah müdafiəçisi Ceffersonun oyunundan məmnun qalan hollandiyalı mütəxəssis braziliyalıya Bakıda da şans vermək qərarına gəlib. “Lusitano” ilə görüşdə iki məhsuldar ötürmə verən 30 yaşlı “sambaçı” Bakı Olimpiya Stadionunda da start “onbirliy”ində yer alacaq.
Qeyd edək ki, “Qarabağ” – “Sportinq” oyunu noyabrın 29-da keçiriləcək.