Milyarder Corc Sorosun sahibi olduğu Açıq Cəmiyyət Fondunun Türkiyədəki ofisinin fəaliyyətinə xitam verilib.
“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Fondun İdarə Heyəti qərar çıxarıb. Bildirilib ki, son günlər KİV-də yer alan əsassız iddiaların və spekulasiyaların artması səbəbindən bu addım atılıb.