"Heç-heçə barədə düşünmürük" - kosovolu futbolçu

22:03 - 19 Noyabr 2018 - İDMAN

 "Oyuna psixoloji cəhətdən hazırıq. Sabahkı görüş finala bərabərdir".

Bu sözləri Kosovo millisinin yarımmüdafiəçisi Valon Berişa UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda sabah yığmamızla keçiriləcək oyunöncəsi təşkil olunan mətbuat konfransında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan 25 yaşlı futbolçu bundan əvvəl Malta üzərində qazandıqları böyükhesablı qələbənin onlara üstünlük qazandırdığını bildirib: "Əminəm ki, hər iki komanda qalib gəlmək üçün əlindən gələni edəcək. Son oyunda 5:0 qalib gəlmişik və bu, bizə müəyyən üstünlük qazandırır".

"Latsio"da çıxış edən 25 yaşlı yarımmüdafiəçi sabah meydana qələbə üçün çıxacaqlarını söyləyib: "İnanıram ki, komanda şəklində yox, ümumiyyətlə, fərdi qaydada da heç bir futbolçumuz heç-heçə barədə düşünməyəcək. Çünki bu, bizimlə "acı zarafat" edə bilər. Çalışacağıq ki, hücumda daha çox oynayaq".

​Qeyd edək ki, Kosovo - Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.qol.az

Xəbər xətti