Almaniya hakimiyyəti Səudiyyə Ərəbistanına silah tədarükünü tamamilə dayandırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat Nazirliyi məlumat yayıb. Buna səbəb jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülməsi göstərilib.
Xatırladaq ki, noyabrın 19-da Almaniyanın xarici işlər naziri Hayko Maas jurnalist Camal Qaşıqçının öldürülməsi ilə əlaqədar Səudiyyə Ərəbistanının 18 vəzifəli şəxsinin Avropa İtifaqına üzv dövlətlərə, o cümlədən Almaniyaya səfərinin qadağan edildiyinin bildirib.