"Barselona" Dembeleyə xəbərdarlıq etdi

20:04 - 19 Noyabr 2018 - İDMAN

İspaniyanın "Barselona" klubu futbolçusu Usman Dembeleyə qarşı ciddi cəzalar tətbiq edə bilər. 

"Report" sport.es nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi 21 yaşlı hücumçuya ultimatum verib. Buna fransalı oyunçunun intizamsız davranışları səbəb olub. Dembele bu cür davam edəcəyi halda, komandadan kənarlaşdırılacaq. 

Bununla yanaşı, Kataloniya təmsilçisi onun yay "transfer pəncərəsi"ndə satış imkanlarını nəzərdən keçirməyə hazırdır. İspaniya nəhəngi bu keçid üçün ən azı 100 milyon avro qazanmağı planlaşdırır. Bildirilir ki, Dembele komandanın bütün məşqlərinə və toplantılarına gecikir. 

Xəbər xətti