UEFA Millətlər Liqasının qrup mərhələsində Kosovo ilə keçirəcəyi son oyun ərəfəsində Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib.
AFFA-nın rəsmi saytında verilən məlumata görə, Farer adaları yığması ilə qarşılaşmanın gedişində zədələnən qapıçı Kamran Ağayevin ("Keşlə”) əvəzinə millinin heyətinə "Qarabağ” klubundan Şahruddin Məhəmmədəliyev dəvət olunub.
Məmmədəliyev klubunun düşərgəsindən birbaşa hava limanına gəlib.
Qeyd edək ki, noyabrın 20-də Priştinada keçiriləcək Kosovo - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.report